CNG SISTEMLƏRI ÜÇÜN YENİ QAZ XƏTTİ ÇƏKİLİB

20 Noyabr 2019 18:20 (UTC+04:00)

Avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün mühim addımlar atılır. Yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür. Noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün sabah saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.