NİZAMİ RAYONUNDA QAZANXANANIN QAZLA TƏCHİZATINDA PROBLEM HƏLL OLUNUR

20 Noyabr 2019 18:41 (UTC+04:00)

Noyabrın 20-də Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq. “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Bu zaman saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.