Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21 Noyabr 2019 09:19 (UTC+04:00)

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun Mövqe.az-a verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İlkin məlumata görə, Biləcəri qəsəbəsində baş verən yol qəzasında bir qadın və bir kişi dünyasını dəyişib.