Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir (FOTO)

21 Noyabr 2019 16:08 (UTC+04:00)

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahını ziyarət edib.

Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.