Səhiyyə Nazirliyi Sumqayıtda baş verən yol qəzası barədə məlumat yayıb

22 Noyabr 2019 11:52 (UTC+04:00)

Səhiyyə Nazirliyi ötən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən Mövqe.az-a bildirilib ki, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.