İlahə efirdə Fədayə və Tacirin şəklini cırdı - Video

28 Noyabr 2019 23:26 (UTC+04:00)

Müğənni İlahə Fəda "Space" kanalında yayımlanan "Axşam-axşam" proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, veriliş zamanı aparıcı sənətçiyə bacısı Fədayə Laçınla həmkarı Tacir Şahmalıoğlunun fotosunu göstərib.

Həmin an İlahə onların şəklini ortadan iki yerə bölüb.

Qeyd edək ki, İlahə həbsxanadan yeni çıxan bacısının Tacirlə bir araya gəlməsini istəməyib. O, açıqlamalarında Şahmalıoğlunun ünvanına aqresiv sözlər deyib.