“Fanatları” Röyaya külli miqdarda zərər vurublar

8 May 2012 17:38 (UTC+04:00)

Movqe.Az xəbər portalının məlumatına görə, hazırda müğənnin mətbuat xidmətinin rəhbəri Ülviyyə Alovlunun Röyanın adından bəyanat yayıb. Bəyanatda deyilir: "Son zamanlar keyfiyyətsiz versiyada özbaşına yayılan mahnılarımız bizi çox narahat edirdi. Nəhayət, komandamızın səyi və araşdırması nəticəsində məlum oldu ki, prodüserim Kənanın elektron poçtu ünvanını hakerlər tərəfindən sındırılaraq, mütəmadi olaraq oradan yeni mahnılarım, şəkillərim və şəxsi məlumatlarım oğurlanır. Ən acınacaqlısı da odur ki, bunu mənə qarşı edənlər özlərini fanat adlandıran şəxslər olub. Onlar bu şərəfsiz əməlləri ilə mənə külli miqdarda maddi və mənəvi zərər vurublar. Bu səbəbdən, mən də öz növbəmdə hakerlik etmiş Tima və Azad adlı bu "fanat"ların və onlara bu işdə kömək edən, bu işlərini ört-basdır edən digər şəxslərin də Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılmasını istəyəcəyəm. Qoy, bu qəddar da sayılsa etdiyim hərəkətim hər kəsə dərs olsun. Adını "fanat" qoyub bu addan öz məqsədləri üçün istifadə edənlər heç bir cinayətin cəzasız qalmayacağını bilsinlər", - müğənni bəyanatında bildirib.

Fuad Mədətov

Movqe.Az