Premyer Liqada 14-cü turun cədvəli açıqlandı

2 Dekabr 2019 19:27 (UTC+04:00)

Premyer Liqada 14-cü turun oyun cədvəli məlum olub.

Goal.az xəbər verir ki, turun görüşləri iki günü əhatə edəcək. “Qarabağ” – “Keşlə” oyunu dekabrın 6-da, “Sabah” – “Neftçi” matçı isə 8-də keçiriləcək.

Azərbaycan Premyer Liqası, 14-cü tur

6 dekabr

Qarabağ – Keşlə

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

8 dekabr

Zirə – Səbail

Zirə İdman Kompleksinin stadionu, 15:00

Sumqayıt – Qəbələ

Sumqayıt şəhər stadionu, 15:00

Sabah – Neftçi

“Bank Respublika Arena”, 17:00

Qeyd: “Sabah”ın müraciəti, “Neftçi”nin razılığı ilə “Sabah” – “Neftçi” oyunu 7 dekabr tarixindən 8 dekabr tarixinə keçirilib.