2025-ci ilə qədər 5G texnologiyasının dünya əhalisinin 65%-ni əhatə edəcəyi gözlənilir

3 Dekabr 2019 16:29 (UTC+04:00)

Yaxın 6 il ərzində 5G texnologiyası dünya əhalisinin 65%-ni, məlumat trafikinin isə 45%-dən çoxunu əhatə edəcək. 

Mövqe.az xəbər verir ki, bu barədə "Ericsson Mobility 2019" hesabatında bildirilir. 

Sənədə əsasən, 2025-ci ilə qədər istehlakçıların istifadə etdiyi aylıq internet trafiki, təxminən, 3,3 dəfə artaraq 24 GB-a çatacaq.