La Liqanın prezidenti istefa verdi

3 Dekabr 2019 22:30 (UTC+04:00)

İspaniya La Liqasının prezidenti Xavyer Tebas istefa verib.

Goal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. İstefası ilə bağlı yerli mətbuata açıqlama verən Tebas, 2020-ci ildə keçiriləcək seçkilərdə yenidən namizəd olacağını bildirib.

Qeyd edək ki, Tebas 2013-cü ildən La Liqanın prezidenti idi.