“AZƏRİQAZ” İB-DƏN AÇIQLAMA

3 Dekabr 2019 19:38 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin bu gün imzaladığı əmrlə baş direktorun satış və istismar üzrə müavininin vəzifə səlahiyyətlərinin icrası Birliyin Mexanika və energetika şöbəsinin rəisi Cahid Əlsəf oğlu Hüseynova həvalə edilib.