2021-ci ildə smartfonlara alternativ təqdim ediləcək

4 Dekabr 2019 13:05 (UTC+04:00)

Uzun müddət istifadəçilər arasında populyar olan smartfonlar mobil bazardakı mövqeyini tezliklə tərk etməyə hazırlaşmır.

Mövqe.az  "ICTnews"a istinadən xəbər verir ki, "Qualcomm" şirkətinin prezidenti Kristiano Amon isə başqa fikirdədir. O deyib ki, 2 il sonra artıq digər qabaqcıl qurğular təqdim ediləcək.

Onun sözlərinə görə, görünüşü ilə adi eynəklərdən seçilməyən "ağıllı" eynəklərin geniş istifadəsinə 2 il qalır. Perspektivdə "sosial təcrübəni dəyişdirəcək gələcəyin qurğuları" insanların identifikasiyası, bulud xidmətlərinə qoşulmaqda və sosial şəbəkələrdə axtarış üçün istifadə etmək mümkün olacaq. Belə qurğular, həmçinin video konfranslarda iştirak üçün də əlverişlidir: zəng edən şəxsin avatarı istifadəçinin gözü qarşısında nümayiş etdiriləcək.

Kristiano Amon deyib ki, onlar smartfonları əvəz etməyəcək, amma tamamilə başqa qurğu olacaq. Belə ki, bunu eynəyin təkamülü düşünmək olar.