İnter-də ağır itki

4 Dekabr 2019 14:36 (UTC+04:00)

İnter ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Milan təmsilçisinin yarımmüdafiəçisi Roberto Qalyardini sıradan çıxıb.

O, A Seriyasının 14-cü turu çərçivəsində SPAL-a 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmada zədə alıb. Həkim müayinəsindən keçən futbolçunun ayağındakı zədənin ciddi olduğu bildirilir.

Klubun mətbuat xidməti Qalyardininin bir müddət məcburi istirahət edəcəyini bildirib. Amma 25 yaşlı futbolçunun dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.