Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb - Aparat rəhbəri

4 Dekabr 2019 15:19 (UTC+04:00)

Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

S. Mirzəyev deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq, həmin iclaslara Milli Məclisin üzvləri gedəcək. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.