Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs deputatdır - DOSYE

4 Dekabr 2019 17:01 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rüstəm Xəlilov Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mövqe.az xəbər verir ki, R.Xəlilov 2005, 2010 və 2015-ci ildə keçirilən parlament seçkilərində deputat seçilib.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Rüstəm Gülabba oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.