2020-ci ilin rəngi seçildi

5 Dekabr 2019 18:28 (UTC+04:00)

ABŞ-ın “Pantone” tədqiqat institutu 2020-ci ilin əsas rəngini seçib.

Mövqe.az-ın məlumatına, bu ada klassik göy rəngi layiq görülüb.

Məlumatda qeyd olunur ki, bu rəng ölümsüz və sakit çalardır, alatoran səma haqqında düşüncələr sövq edir.

Qeyd edək ki, “Pantone” institutu 2000-ci ildə ilin rəngini seçir.

2019-cu ildə bu ada “canlı mərcan” rəngi layiq görülmüşdü.