Juventus-da ciddi itki

5 Dekabr 2019 20:27 (UTC+04:00)

Juventus-un futbolçusu Sami Xedira sıradan çıxıb.

Goal.az xəbər verir ki, alman yarımmüdafiəçi sol dizindən əməliyyat olunacaq. Bu mövsüm sadəcə 12 oyuna çıxan Xediranın sağalma müddəti açıqlanmayıb.

Qeyd edək ki, 2015-ci ildən Juventus-da forma geyinən 32 yaşlı futbolçunun müqaviləsi 2021-ci ilin yayına qədərdir.