15 yaşlı qız qoca qarı kimi görünür - Təhqir olundu, məktəbi atdı - FOTO

5 Dekabr 2019 20:58 (UTC+04:00)

Çinin Lyaonin vilayətində yaşayan 15 yaşlı Syao Fen genetik sapıntı olan progeriya xəstəliyindən (Hatçinson-Gilford sindromu) əziyyət çəkir.

Mövqe.az Daily Mirror-a istinadən bildirir ki, xəstəlik Syao Fenə anasından keçib.

"Onu həkim yanına aparmamışıq, müayinə etdirməmişik. Anasında bu xəstəlik vardı və bilirdik ki, qızıma da xəstəlik anasından keçib", - Syaonun atası deyib.

Syaonun sözlərinə görə, qırışıq dəri və sallaq yanaqlar onu qoca qarıya bənzədir.

15 yaşlı Syao sinif yoldaşları tərəfindən lağlağılar və təhqirlərlə üzləşdiyi üçün məktəbə getmir: "Məktəbdə dostum, rəfiqəm yoxdur. Hamı mənə eybəcər deyir".

Syao yardım üçün xeyriyyəçi Qo Minyiyə üz tutub, məktub yazıb.

"Normal yaşamaq, küçəyə rahat çıxmaq, adamlardan gizlənmək istəmirəm. Məktəbə qayıtmaq və sinif yoldaşlarımın məni ələ salmayacaqlarına əmin olmaq istəyirəm. Həkim olmaq istəyirəm. Arzum budur", - Syao məktubda yazıb.

Minyi məktubu alandan sonra Syaonun xəstəliyinin müalicəsi üçün pul toplamağa başlayıb. Syao Fenin ehtiyac duyduğu bir sıra plastik cərrahiyyə əməliyyatları üçün 506 min yuan (təqribən 71801 ABŞ dolları) gərəkdir.