Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

5 Dekabr 2019 17:24 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən dekabrın 17-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Saatlı rayon Mədəniyyət Mərkəzində (Saatlı şəhər, Heydər Əliyev prospekti, 127) Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Mədəniyyət Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, həmin gün saat 11:00-da nazir müavini Rafiq Bayramov Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 7) Hacıqabul rayonundan olan vətəndaşlarla görüşəcək.

Dekabrın 24-də saat 11:00-da isə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhər Heydər Əliyev Mərkəzində (Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 8 ) Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.