Nazirlər Kabinetində yeni təyinatlar olub

5 Dekabr 2019 17:48 (UTC+04:00)

Nazirlər Kabinetinin (NK) Aparatında yeni təyinatlar olub.

Mövqe.az-ın xəbərinə görə, NK Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə Feyruz Mustafayev təyin edilib.

Baş Nazir Əli Əsədovun digər sərəncamı iilə Fəxri İsmayılov Baş Nazirin köməkçisi təyin olunub.