SOCAR rəhbərliyi həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsinə 33 ağac əkib

6 Dekabr 2019 11:54 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi 2015-ci il dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş həmkarlarının xatirəsinə Pirallahı rayonunda ucaldılmış abidəni ziyarət edib.

Mövqe.az xəbər verir ki,SOCAR rəhbərliyi dəniz neftçilərinin istifadə etdiyi helikopter meydançasının qarşısında ucaldılmış abidənin ətrafında fəlakət qurbanlarının xatirəsinə 33 ağac əkib.