"Vasif niyə kimsəsiz qadını qınayır?" - Rəqsanə tənqid etdi

6 Dekabr 2019 21:23 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova Əməkdar artist Vasif Məhərrəmlini tənqid edib.

Buna səbəb Vasifin "Bizimləsən" verilişində dediyi sözlər olub. Müğənni proqrama gələn Günay və Ramil cütlüyünü qınayıb. O, Günayı tənqid edərək, onun ünvanına sərt sözlər deyib.

"Vasif dostumdur, amma niyə kimsəsiz qadını qınayır? Ona yaraşmaz. Günay nələr çəkib onu hiss edə bilməzsiniz. O verilişdə mən olsaydım, sizin yerinizə Günaya kömək edərdim. Nə bilirsiniz ki, nə qədər yaşayacağıq, dünyanı tutub durmayacağıq.

Günayın yerində bizim də övladımız ola bilər. Siz kişisiniz, sizə düşməz üç övladı üçün əzab çəkib, sürünən kimsəsiz insana belə etmək. Heç düz etmədiniz, məndən küssəniz də həqiqət budur" deyə, Rəqsanə bildirib.