Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib

8 Dekabr 2019 15:55 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Mövqe.az-ın məlumatına görə, Azərbaycan XİN bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir: “Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.