Messi ilə Qvardiola İtaliyada qovuşa bilər

8 Dekabr 2019 17:46 (UTC+04:00)

Uzun müddətdi uğursuz çıxışı ilə azarkeşlərini məyus edən Milan-la bağlı yeni iddia ortaya atılıb.

Goal.az xəbər verir ki, La Respublicca nəşri dünyanın ən varlı 3 şəxsindən biri hesab olunan Bernard Arnaultun A Seriyası təmsilçisini satın almaq istədiyini iddia edib.

Məlumata görə, fransalı mütəxəssis Mancester City-nin baş məşqçisi Pep Qvardiolanı və Barcelona-nın kapitanı Lionel Messini komandaya gətirmək niyyətindədir.