Lənkəranda zəlzələ olub

8 Dekabr 2019 21:45 (UTC+04:00)

Dekabrın 8-də Lənkəranda 3 bal gücündə zəlzələ baş verib.

Mövqe.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 19:33-də Lənkəran stansıyasından 58 km şimal-qərbdə Xəzər dənizində qeydə alınıb.