Bakıda bacı və qardaş bıçaqlanıblar

9 Dekabr 2019 10:02 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Mövqe.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

2001-ci il təvəllüdlü Qafarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar.

Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.