Novorossiysk-Bakı qatarı işə düşür - VAXT açıqlandı

9 Dekabr 2019 13:41 (UTC+04:00)

Dekabrın 10-dan başlayaraq Rusiyanın Novorossiysk şəhərindən Bakıya qatar işə düşəcək.

Mövqe.az-ın məlumatına görə, Azərbaycanda qatarın Xaçmaz və Sumqayıt stansiyalarında dayanması nəzərdə tutulub.

Qatar Novorossiyskdən dörd gündən bir yola düşəcək. Bakıya reysin müddəti 35 saat 15 dəqiqə təşkil edir.