Smollinq İngiltərəyə qayıda bilər

9 Dekabr 2019 14:53 (UTC+04:00)

Karyerasını icarə əsasında Roma-da davam etdirən Kris Smollinq yenidən İngiltərədə çıxış edə bilər.

Goal.az xəbər verir ki, müqavilə ilə Manchester United-ə məxsus olan müdafiəçi, Everton, Leicester və Arsenal-ın maraq dairəsindədir. 29 yaşlı müdafiəçinin xüsusilə Arsenal-ın əsas hədəfi olduğu və London klubunun danışıqlara başlamağa hazırlaşdığı bildirilir.

Roma-da göstərdiyi oyunla diqqət mərkəzində olan ingiltərəli futbolçunun İtaliyadan ayrılmaq istəmədiyi, paytaxt klubunda möhkəmlənmək niyyətində olduğu deyilir.

Yay transfer pəncərəsi dövründə 3 milyon avro müqabilində “qırmızı şeytanlar”dan Roma-ya keçən Smollinqin icarə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.