Maskeranonun yeni klubu müəyyənləşdi

9 Dekabr 2019 18:25 (UTC+04:00)

Barcelona-nın sabiq futbolçusu Xavyer Maskeranonun Argentinanın Estudiantes klubuna keçidi rəsmiləşib.

Goal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Estudiantes-in prezidenti bir vaxtlar Argentina millisində Maskerano ilə komanda yoldaşı olmuş Xuan Sebastyan Verondur.

Xatırladaq ki, Maskerano Avropada West Ham, Liverpool və Barcelona-da çıxış edib. O, son olaraq Çinin Hebei Fortune klubunda oynayıb.