Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb - FOTO - VİDEO - YENİLƏNİB

10 Dekabr 2019 09:10 (UTC+04:00)

“EuroHome” tikinti materialları bazarı ərazisində başlayan yanğınla bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) "Çağırış 3" elan olunub.

FHN-dən Mövqe.az-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək