Azərbaycanda ildə bir milyona yaxın insanı məhkəmə işləri əhatə edir

10 Dekabr 2019 11:07 (UTC+04:00)

"İldə bir milyona yaxın insanı məhkəmə işləri əhatə edir".

Mövqe.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şürasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, hakimlərin ağır iş yükü var və hər hakim ayda 100-ə yaxın işə baxır.