Xaricdə münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır

10 Dekabr 2019 13:04 (UTC+04:00)

Yaxın zamanlarda xaricdə münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır.

Mövqe.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub:

“Onların içərisində həbs və edam edilənlər var. Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Həmin qadınların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmə olacaq”.