Premyer Liqada turun rəmzi heyəti açıqlandı

10 Dekabr 2019 16:10 (UTC+04:00)

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 14-cü turunun rəmzi komandası müəyyənləşib.

Goal.az PFL saytına istinadən xəbər verir ki, siyahıda "Neftçi"dən 5, "Zirə"dən 4, "Qarabağ"dan 2 futbolçu yer alıb:

Qapıçı: Səlahət Ağayev – 260 (“Neftçi”)-2

Müdafiəçilər: Ailton Silva - 298 (“Qarabağ”)-4, Anton Krivotsyuk – 331 (“Neftçi”)-3, Adrin Skarlatake - 298 (“Zirə”)-3, Tural Axundov - 253 (“Neftçi”)

Yarımmüdafiəçilər: Nicat Süleymanov– 315 (“Zirə”), Elvin Camalov - 300 (“Zirə”), Emin Mahmudov - 296 (“Neftçi”), Dani Kintana – 332 (“Qarabağ”)-4

Hücumçular: Xulio Sezar Rodrigez - 287 (“Zirə”)-4, Stiven Monroz - 277 (“Neftçi”)-5

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.