Qarabağ - Düdelange: hakim təyinatları

10 Dekabr 2019 20:55 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək Qarabağ – Düdelange oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, matçın baş hakimi Estoniya Futbol Federasiyasından Kristo Tohver olacaq. Ona həmyerliləri Silver Koiv və Sten Klaasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Juri Frişer yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 21:55-də başlayacaq.