Bakıda avtobusa hücum olub: sürücü döyülüb, nəqliyyat vasitəsinin şüşəsi sındırılıb

10 Dekabr 2019 16:38 (UTC+04:00)

Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.

Mövqe.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.

Hadisə vaxtı “Mercedes”in sürücüsü avtobusun sürücüsünü döyüb, avtobusun isə şüşəsini təpiklə sındırıb.

Hadisəni törədən naməlum sürücü axtarılır.