PSG-də iki ciddi itki

10 Dekabr 2019 17:23 (UTC+04:00)

PSG-nin iki futbolçusu sıradan çıxıb.

Goal.az xəbər verir ki, İdrissa Queye və Presnel Kimpembe zədələnib. Bu brədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Queyenin 10-12 gün, Kimpembenin isə növbəti ilə qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

PSG Çempionlar Liqasında sabah Galatasaray-la qarşılaşacaq.