Ermənilərin terrorçu təşkilatı öz başlarına dа bəladır

11 Dekabr 2019 08:25 (UTC+04:00)

“Məxməri” inqilabın özladı sayılan Nikol Paşinyanın Ermənistan hökumətinə başçılığı da elə məxməri yolла gedir. Baş nazir müasir oğlan sayılır və bunu onun selfi həvəskarı olması tam sübut edir. Amma di gəl ki, bütün əksər müasir cavanlar kimi o da selfi çəkdirib sosial şəbəkəyə qoymağa elə aludə olub ki, “ipin ucunu” itirib. Bir də ayılıb görüb ki, bütün dünyada terrorçu təşkilat kimi qaniçən ad çıxaran “Daşnaksütun” partiyası onun düşməninə çevrilib. Səbəb: Paşinyan daşnaklarla oturub-durmur, yəni, onların diktəsini vecinə almır və demək ki, bu təşkilatın ölkə həyatına qarışması səngiyir.

Klassik siyasətçiləri Ermənistanın milli-terrorçu ideologiyasının daşıyıcısı olan daşnakların əvvəl-axır Paşinyana atəş açacaqlarının anonsunu veriblər. Çünki, yaxşı-pis, Nikol Paşinyan yeni Ermənistan qurmaq arzusundadır. Bu zaman onun xəyalları demokratik ideyalarla dolaşır və terrordan qurtulmağı arzulayır. Lakin bu onun arzusudur. Bu arzu ilə onun başı selfi çəkdirməyə qarışdığından daşnaklar əlaltdan ölkədə çevriliş hazırlamağa girişiblər. 

Paşinyanın mələk saydığı ilk prezident Levon Ter-Petrosyan daşnakların fəaliyyətinə Ermənistanda qadağa qoymuşdu. Çünki, yaxşı bilirdi ki, bunlar dövlət üçün ciddi təhlükədir. Ancaq ondan sonrakı prezidentlər müharibə caniləri olduqlarından daşnaklara yaşıl işıq yandırdılar və onlarla sıx əməkdaşlıq qordular. Bununla da terrorçu qrupu cəmiyyətə ionteqrasiya etdilər. İndi daşnaklar sarmaşıq otu kimi hakimiyyətə sarmaşıblar və öz şərtlərini həmişə diktə etmək istəyirlər.

Bu ilin iyununda  Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni milli konqresi” bəyanat yayaraq bildirdi ki, “Daşnaksütyun” adı ilə məlum olan terrorçu təşkilat öz fəaliyyətinin canlandırmaq niyyətindədir. Onlar siyasi mübarizəni genişləndirməyi terroru gücləndirməkdə görürlər. Hədəf də siyasi baxışları onlarla düz gəlməyən insanlardır. Sovet dövründə daşnakların ölkədə fəaliyyəti qadağan edildiyində\n yalnız xaricdəki diaspor təşkilatlarının qanadı altında işləyirdilər. Müstəqillik qazandıqdan sonra daşnaklar bir müddət siyasi səhnədə göründülər, ancaq sonradan qadağan edildilər. Nasist Njdehin ideologiyasını təbliğ edən və özü də terrorla məşğul olan Qarabağ klanı hakimiyyətə gələndən sonra “Daşnaktsutyun”u hüquqi cəhətdən tanıdı  və hətta terrorçuları özlərinə siyasi tərəfdaşı seçdi.
Xam siyasətçi olan Paşinyan hakimiyyətə gəldikdən sonra daşnakları vəzifələrindən və imtiyazlarından məhrum etdi və problemi həll etdiyini düşündü. Keçmiş müxalifətçinin bugünkü populizmi aqressiv millətçilikdən uzaqdır. O, ilk vaxtlar, hətta Ermənistanı zərərli meyildən  uzaqlaşdırmağa cəhdlər etdi. Ancaq bundan heç bir şey çıxmadı - təbliğat insanların şüuruna yeridilmişdi. İndi, erməni mediasına görə, terrorçular baş nazirə qarşı göstərdiyi cəhdlərə görə partizan müharibəsi elan ediblər.
Millət vəkili Arman Babacanyanın parlamentdə söylədiyi kimi, “Daşnaksütyun” daxili çevrəsində dövlətə qarşı partizan döyüşləri ilə bağlı dairə yaranıb: “Bu qüvvə Ermənistanın müstəqilliyinin ilk illərindəki terror hərəkətləri ilə məşhurdur. İndi bu qüvvə dövlətə və ayrı-ayrı güc strukturlarına qarşı partizan mübarizəsinə başlamağa qərar verib. Bu dairəyə rəhbərlik edən  Hrant Margaryanın (ARF Bürosunun üzvü) 1990-cı illərin əvvəllərində nə etdiyini çox yaxşı bilirik. Narkotik qaçaqmalçılığı ilə məşğul olub,  David Şahnazaryanı (Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri, 1994-1995 -) da bu işə qoşub, quldur Dronu idarə edib və sairə terror hadisələrində iştirak edib”.

Məsələ burasındadır ki, Cənubi Qafqazın xəritəsində Ermənistan adlı dövlətin yaranması terrorçular və şovinist-millətçilər hesabına başa gəlib. Xəmiri terrorçuluqla yoğrulan bir dövlə\tin əməli də terrorçuluq olar. İndi daşnak təhlükəsindən qurtulmaq üçün nifrət və təcavüzlə dolu erməni millətçi ideologiyasının kökündən başlamaq lazımdır. Ter-Petrosyanın 90-cı illərin əvvəllərində bunu etmək şansı olsa da,  istifadə etməkdən çəkindi, çünki qarşısında güclü terrorçu-millətçi müxalifət dayanmışdı. Paşinyanın belə şansları azdır. Düzdür, “məxməri inqilab”ın ilk günlərində, kütlə onun ardınca getdiyi vaxt nə isə edə bilərdi, amma təcrübəsizliyindən vaxtı fotə verdi və indi o da daşnaklarla üz-üzə qalıb. Bəlkə də daşnaklar parlamentdə oturub nazirliklərə rəhbərlik edərkən daha etibarlı idilər. İndi onlar yenidən Paşinyan hökumətinin populyar olmadığı diasporla sıx əlaqələr qurublar.  Bir sözlə, Paşinyan ölkəsi üçün ən yaxşı işləri görmək istəyirdi, amma həmişə olduğu kimi nəticə zərərli və ziyankar oldu.

N.NOVRUZ