Lavrov Trampla görüşdən sonra jurnalistlərlə təmas qurmadı?

11 Dekabr 2019 09:20 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

TASS xəbər verir ki, ABŞ dövlət başçısı ilə Rusiyanın xarici siyasət rəhbəri arasındakı görüş 45-50 dəqiqə davam edib. Tərəflərin hansı məsələləri müzakirə etdikləri barədə məlumat verilmir.

Rusiya XİN başçısı görüşdən sonra onu gözləyən jurnalistlərə əl edib, amma onların suallarına cavab verməyib.