Bakıda 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edildi

11 Dekabr 2019 15:00 (UTC+04:00)

20 min manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Heydərov həbs edilib.

Araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş daha bir nəfərin də şəxsiyyəti müəyyən edilib.