Elmar Məmmədyarov Riqaya rəsmi səfərə gedib

11 Dekabr 2019 17:24 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın paytaxtı Riqaya rəsmi səfərlə yola düşüb.

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun Latviyanın yüksək vəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.