Hərbi bazalara hücum edildi - TERROR

11 Dekabr 2019 18:00 (UTC+04:00)

"Əş-Şəbab" terror təşkilatının üzvləri Somalinin cənubunda hərbi bazalara hücum ediblər.

Mövqe.az Trend-ə istinadən xəbər verir ki, hücumlar Barav, Barir və Avdiql şəhərindəki hərbi bazalara edilib.

Bildirilir ki, hər iki tərəfdən ölənlər və yaralananlar var. Onların sayı barədə məlumat verilmir.

Somali Silahlı Qüvvələrinin komandanlığından bildiriblər ki, hərbi hissələr bütün hücumların qarşısını alıb və terrorçulara ağır zərbə endiriblər.