"Neftçi"nin bəyənmədiyi futbolçu "Trabzonspor"da - 1 milyon avroya

11 Dekabr 2019 19:13 (UTC+04:00)

"Trabzonspor" Türkiyə birinci liqasında yarışan "Eskişehirspor"un futbolçusu Jesse Sekidikanı heyətinə cəlb edib.

Mövqe.az qol.az-a istinadən xəbər verir ki, "Haberturk" saytı 23 yaşlı nigeriyalı yarımmüdafiəçi üçün 1 milyon avro təzminat ödənildiyini yazıb.

Qeyd edək ki, Jesse Sekidika bu ilin yanvarında Antalyadakı təlim məşq toplanışı zamanı "Neftçi"də baxışda olub. Lakin baş məşqçi Roberto Bordin onu bəyənmədiyindən futbolçu ilə müqavilə bağlanmayıb.

Bundan sonra nigariyalı oyunçu "Eskişehirspor"a keçib. O, keçən mövsüm 13 matçda 6 qol vurub. Bu mövsümə də Sekidika əla başlayıb. O, 14 matçda 8 qol vurub, 2 qolun isə ötürməsini edib.