Yeni doğulmuş körpəsini öldürən qadın barəsində cinayət işi açıldı

12 Dekabr 2019 10:12 (UTC+04:00)

Rusiyanın Amur vilayətində 24 yaşlı qadın həddən artıq quru süd yedizdirməklə yeni doğulan qızının ölümünə səbəb olub.

Mövqe.az-ın məlumatına görə, qadına qarşı ehtiyatsızlıqdan ölümə səbəb olmaq ittihamı irəli sürülüb.

Qeyd olunur ki, aşırı qidalanma nəticəsində körpənin daxili orqanlarında patoloji dəyişikliklər ölümə gətirib çıxarıb.

İstintaq zamanı ana öz təqsirini etiraf edib. Cinayət işinin baxılması məhkəmədə davam edəcək.