Azərbaycan Prezidenti Heydər Əliyevin xatirə günü münasibətilə facebook-da paylaşım edib

12 Dekabr 2019 09:52 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Facebook” səhifəsində ümummilli lider Heydər Əliyevin xatirə günü münasibətilə paylaşım edib.

Mövqe.az xəbər verir ki, dövlət başçısı paylaşımda Heydər Əliyevdən "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sitatını gətirib.

Xatırladaq ki, bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür.