Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib

12 Dekabr 2019 10:52 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12–də Nizami Kino Mərkəzinin repertuarına dəyişiklik edilib.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, kinomərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxil olunub. Filmin seansları saat 13:10 və15-30-da keçiriləcək.

Seanslara giriş sərbəstdir.

Həmçinin dekabrın 12-də Nizami Kino Mərkəzində komediya filmlərinin nümayişi dayandırılacaq.