Türkiyədə 100-dən çox məktəbli zəhərləndi

12 Dekabr 2019 12:30 (UTC+04:00)

Türkiyənin Çorum vilayətində məktəblilərin kütləvi zəhərlənməsi baş verib.

Mövqe.az-ın məlumatına görə, 103 məktəbli xəstəxanaya yerləşdirilib.

Onlardan 6 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məktəblilərin nədən zəhərləndiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, bundan əvvəl, noyabrın 27-də Sakarya vilayətində 141 məktəbli zəhərlənmışdı.