Gəncədə qadın qəzaya düşdü, xəstəxanada öldü

12 Dekabr 2019 14:34 (UTC+04:00)

Dekabrın 11-də saat 15 radələrində Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Samux rayon sakini R.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Şəbnəm Əmrahovanı vurub. Nəticədə ağır xəsarət almış piyada xəstəxanada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.