“Çox güclü və intizamlı oynayan Real Madrid gözləyirəm"

12 Dekabr 2019 20:44 (UTC+04:00)

Barcelona-nın futbolçusu Lionel Messi dekabrın 18-də Real Madrid-lə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Goal.az xəbər verir ki, argentinalı hücumçu, “El Klassiko”da güclü rəqiblə qarşılaşacaqlarını deyib:

“Çox güclü və intizamlı oynayan Real Madrid gözləyirəm. Barcelona – Real Madrid matçları hər zaman fərqli olur. Nə olur olsun, çox çətin oyun olacaq.

Özümü inkişaf etdirməyə çalışıram. Hər gün öyrənmək, özümə baxmaq, istirahət etmək və bunlardan zövq almaq önəmlidir. Özümü futbola həsr edə bildiyim üçün tanrıya təşəkkür edirəm”.