Bakıda Pakistan vətəndaşı küçədə döyüldü

12 Dekabr 2019 17:33 (UTC+04:00)

Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb.

Mövqe.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.