AAYDA-nin kollektivi Ulu Öndərin xatirəsini yad edib

12 Dekabr 2019 18:12 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini yad edib.

 

AAYDA-nin İdarə Heyətinin üzvləri və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.